ATMOSFER SUYU

atmosfer havasında su buxarı və ya asılı halda (damla, kristal) olan su.
ATMOSFER HAVASININ VƏZIYYƏTININ QIYMƏTLƏNDIRILMƏSI
ATMOSFER TƏZYİQİ
OBASTAN VİKİ
Atmosfer suyu
Atmosfer
Atmosfer — ətrafında bir cazibə qüvvəsi ilə tutulmuş bir göy cisminin qaz zərfi. Atmosferlə planetlərarası məkan arasında kəskin bir sərhəd olmadığından, atmosfer ümumiyyətlə qaz mühitinin özü ilə birlikdə döndüyü bir səma cisminin ətrafındakı bölgə hesab olunur. Əsasən qazlardan (qaz planetlərindən) ibarət olan bəzi planetlərin atmosferinin qalınlığı çox böyük ola bilər. Yer atmosferində əksər canlı orqanizmlərin tənəffüs üçün istifadə etdiyi oksigen və fotosintez zamanı bitkilər və siyanobakteriyalar tərəfindən istehlak edilən karbon dioksid var. Atmosfer həm də planetin qoruyucu təbəqəsidir, sakinlərini günəş ultrabənövşəyi radiasiyadan və meteoritlərdən qoruyur. Bütün nəhəng cisimlərdə - qaz nəhənglərində və əksər yer planetlərində (Günəş sistemində - Merkuri istisna olmaqla) bir atmosfer var. "Atmosfer" sözü yunanca "ἀτμός" — "buxar" və "σφαῖρα" — "sfera" sözlərindən əmələ gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə kürəhava (کورهاوا) adlandırılmışdır. Azərbaycanda atmosferin çirklənməsi Atmosfer əlavələri Atmosferin təmizlənməsi Atmosfer // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Şalğam suyu
Şalgam kələmkimilər fəsiləsinə aid bitki olan Şalgamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalgam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalgam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalgamla bərabər qara yerkökü də yeyilə bilər. Mayalanma dövründə daxil edilmiş bu qara yerkökülər şalğam suyunun içində qalırlar. Bunlara tane deyilir ( bu, bölgə dialektində belə səslənir, “ dənə” sözünün modifikasiyaya uğramış formasıdır). Şalgam adətən kababla içilir.
Şollar suyu
Şollar suyu— Xaçmaz rayonunun Şollar kəndindən başlayan bulaq suyu. Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H. Z. Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıqçılıq, toxuculuq, balıqçılıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alqı-satqısı üzrə əməliyyatlar aparmışdı. H. Z. Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi. H. Z. Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın göstərişi ilə H. Z. Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir. 1878-ci ildə Bakıda "Şəhər Əsasnaməsi"nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi.
Maçahel Suyu
Maçahel suyu( მაჭახელისწყალი , Mač'axelisc'q'ali ) — Türkiyənin Artvin vilayətindən başlayan və Gürcüstanın Acarıstan Muxtar Respublikasına axan çaydır. Əsas qolları Uğur-Maral və Efeler çaylarıdır. Çay, Gürcüstan sərhəddində Çoruh çayına qarışır. Onun ümumi uzunluğu 37 kilometrdir. Onun hövzəsi 369 km²-dir. Axın sürəti 20,8 m³/s təşkil edir. Maçaheli çayı vadisinin yuxarı hissəsində mövcud olan 6 kənd, Türkiyənin sərhədləri daxilində yerləşmişdir. Mərkəzi yaşayış məntəqəsi Camili (Hertvisi). Bu bölgə, arıçılıq və keyfiyyətli balı ilə Türkiyədə məşhurdur. Acarıstan tərəfdə 12 kənd mövcuddur.
Atmosfer cəbhələri
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur. Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana, həm də biri digərinin üzərində yerləşərək hərəkət edir. Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir. Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur. Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür. Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq, isti və soyuq atmosfer cəbhəsi ayrılır.
Atmosfer cəbhəsi
Atmosfer cəbhəsi — müxtəlif fiziki xassəyə malik olan qonşu hava kütlələrini bir-birindən ayıran və meteoroloji elementlərin kəskin dəyişməsi ilə xarakterizə olunan səthə deyilir. Hava kütlələri bir-birindən öz fiziki xassələrinə görə fərqlənir. Bir hava kütləsi digərindən atmosfer cəbhəsilə ayrılır. Cəbhə xətti yer səthində kiçik bucaq altında (1°-dən az) meyilli olur. Cəbhə xəttinə müxtəlif fiziki xassəli hava kütlələri həm yan-yana, həm də biri digərinin üzərində yerləşərək hərəkət edir. Cəbhə eni bir neçə kilometrədək,uzunluğu isə min kilometrlərlə ölçülən atmosfer cəbhəsi zolağı əmələ gətirir. Atmosfer cəbhəsi əksər hallarda 12–15 km hündürlüyədək,bütün troposferi tutur. Atmosfer cəbhəsi zolağında geniş əraziləri əhatə edən buludlar əmələ gəlir və yağıntı düşür. Bu yağıntılar cəbhə yağıntıları adlanır. Hava kütləsinin atmosfer cəbhəsinin hansı tərəfinə daha fəal hərəkət etməsindən asılı olaraq, isti və soyuq atmosfer cəbhəsi ayrılır.
Atmosfer dövranı
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosfer elektriki
Yerin elektrik sahəsi — atmosferin ionosfer adlanan qatı ilə yer səthinin birlikdə kondensator əmələ gətirməsinə deyilir. Atmosfer ionosfer adlanan qatı yerin səthi ilə birlikdə sferik kondensator əmələ gətirir. İonosfer müsbət, litosfer isə mənfi statik elektrik yüklərinə malikdir. Atmosferin sıx hava təbəqəsi bu iki qat arasında naqil rolunu oynayır. Kondensatorun elektrik yükü qiymətcə yüksəkdir. Atmosferin aşağı qatlarında elektrik sahəsinin gərginliyi təxminən 100 B/m, ildırımlı havada isə daha çox olur. Atmosferdə elektrik sahəsinin yaranması Günəş şüalarının təsiri altında onun üst qatlarında gedən ionlaşma prosesi ilə əlaqədardır. Günəşin səthində qısamüddətli xromosom partlayışları müşahidə olunur və onlar atmosferin 100–300 km hündürlüyündə müxtəlif cinsli ionlaşma əmələ gətirir; bu kütlə yüksəkdə əsasən küləklə qarışaraq atmosferdə və yer qabığında dəyişən elektromaqnit sahəsi yaradır. Beləliklə, litosferdə tellurik cərəyan yaranir. Bunu torpağa basdırılmiş və ucu qalvonometrlə birləşdirilmiş elektrodlar vasitəsilə qeydə almaq mümkündür.
Atmosfer faktoru
Atmosfer fizikası
Atmosfer – Yerin aerozol hissəciklərinin tərkibində olan qaz örtüyüdür. Yerlə birgə fəzada hərəkət edərək, eyni vaxtda Yerin fırlanmasında iştirak edir. Atmosferin dibində əsasən bizim yerdə həyatımız baş verir. Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.
Atmosfer hadisələri
Atmosfer hadisələri-Duman, çovğun, buzbağlama, dolu atmosfer hadisələridir.
Atmosfer prosesləri
Ümumi atmosfer dövranı iqlim yaradan amillərdən biridir. Coxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B. P. Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5–7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.
Atmosfer sirkulyasiyası
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Atmosfer təbəqələri
Yüksəklikdən asılı olaraq temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas təbəqəyə ayrılır: Troposfer Stratosfer Mezosfer Termosfer Ekzosfer. Yer səthindən polyar en dairələrində 8-10km, tropiklərdə 15-18km yüksəkliyə qədər atmosferin yerüstü təbəqəsidir. Bu qat troposferdən sonrakı qat olub 50-55km yüksəkliyə qədər yayılır. Stratosferdən sonrakı təbəqədir, onun yuxarı sərhəddi 80- 0km- də yerləşir. Bu təbəqənin yuxarı sərhəddi 800km-ə qədər davam edir. Başqa sözlə səpilmə sferası atmosferin fövqəladə seyrək xarici təbəqəsi olub hidrogen və helium kimi daha yüngül atmosfer qazlarından ibarətdir.
Sərbəst atmosfer
Atmosfer çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Atmosfer (dəqiqləşdirmə)
Atmosfer — ətrafında bir cazibə qüvvəsi ilə tutulmuş bir göy cisminin qaz zərfi. Atmosfer (film) — isveçli rejissor Anders Veberqin eksperimental filmi.
Atmosfer (film)
Atmosfer (isv. Ambiancé) — isveçli rejissor Anders Veberqin eksperimental filmi. Filmin 720 saat (və ya 30 gün) uzunluğunda olacağı və ilkin olaraq 31 dekabr 2020-ci ildə göstəriləcəyi proqnozlaşdırılırdı. Filmin ilkin nümayişi başa çatdıqdan sonra, filmin yeganə mövcud nüsxəsi məhv edilməli idi.